Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan prezidenti Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
08.07.10 02:15

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu söyləyib. Misirin neft naziri S.Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandığını vurğulayıb. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu bildirən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-1585.html