Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » N.Məmmədov: “MSK seçki və referendumlarda bütün tərəfləri nəzərə almağa çalışır”
07.07.10 19:26

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçki və referendumlarda bütün tərəfləri nəzərə almağa çalışır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə MSK-nın katibi Natiq Məmmədov şikayət və müraciətlərin baxılması ilə əlaqədar keçirilən seminar-treninqdə verib. Onun sözlərinə görə, MSK-a istənilən tərəflə seçkilərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edir. N.Məmmədov vurğulayıb ki, hazırda MSK-a Venesiya Komissiyası ilə ehtimal olunan şikayətlərlə bağlı tədbir keçirir. “Məqsəd bütün seçki dairələrinin nəzdində fəaliyyət göstərən ekspertlərin bura cəlb edilməsi, şikayətlərə baxılması ilə bağlı bütün qaydaları yenidən nəzərdən keçirmək, iştirak edəcək subyektlərin maarifləndirilməsi, biliklərinin yoxlanılması və daha da təkmilləşdirilməsidir. Hesab edirəm ki, bu cür tədbirlər Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsinə öz töhfəsini verəcək”-deyə, MSK-nın katibi söyləyib. N.Məmmədovun sözlərinə görə, MSK-a maarifləndirmə işinə böyük əhəmiyyət verir. "Biz bunun üçün Azərbaycanın bütün regionlarında treninqlər keçiririk. Elə seçicilərimiz olur ki, seçkilərdə bülletenləri doldura bilmir. Bununla bağlı internetdə də seçicilər üçün yazılı məlumatlar yerləşdirilib. İstənilən Azərbaycan vətəndaşı MSK-nın rəsmi saytına girib məlumat öyrənə bilər”-deyə, N.Məmmədov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1584.html