Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verilib
07.07.10 19:25

“İrəli” İctimai Birliyi Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirdiyi “İctimai Elmlər Yay Məktəbi” adlı layihəyə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Layihənin keçirilməsində əsas məqsəd ictimai fənlər üzrə biliklərin artmasına töhfə vermək, elmə marağı olan gənc tədqiqatçıların təhlillər, analizlər aparmaq bacarığını və məqalələr yazmaq, müzakirələr keçirmək qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə çərçivəsində “İctimai elmlərdə metodologiya” adlı ilk akademik mühazirə QAF və SAM-ın əməkdaşı Nazim Cəfərov tərəfindən keçirilib. Mühazirədə elmə marağı olan və intervyu vasitəsi ilə seçilmiş 30 gənc iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-1582.html