Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aydın İsmiyev: “Hazırkı mövsümdə ölkədə 400-dən çox müasir tipli otel fəaliyyət göstərir”
08.07.10 02:25

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turistik bölglərində turizm obyektlərinə baxış keçirilməyə başlayıb. Bu barədə Qəbələdə KƏLAMİNFO-ya müsahibəsində nazirliyin Turizm idarəsinin rəisi Aydın İsmiyev bildirib. A.İsmiyevin sözlərinə artıq Quba, Qusar, Xaçmaz, Şamaxı və İsmayıllıdakı obyektlərə baxış keçirilib. “Bu gün Qəbələdə olan otellərə və digər turistik mərkəzlərə baxış keçiriləcək. Sabahdan isə Şəkidə, Qaxda, Zaqatalada və Balakəndə olan obyektlərə baxışa başlanılacaq. İndiyədək aparılan yoxlamalar nəticəsində ümumilikdə bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək olar. Digər inkişaf etmiş ölkələrlə müqayisədə bizdə əlbəttə ki, nöqsanlar var. O ölkələrdə bu sahə on illərdir inkişaf edir, bizdə isə bu proses artıq 5-6 ildir başlayıb. Bu müddətdə kifayət qədər inkişafımız da var. Əgər 5-6 il öncə bu sahədə ölkədə 90-100 otel fəaliyyət göstərirdisə, hazırkı mövsümdə artıq 400-dən çox müasir tipli otel fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, hazırda bu otellərin hamısının səviyyəsi eyni deyil, müxtəlif çatışmazılıqlar var. Biz qısa müddət ərzində bunların aradan qaldırılmasını qarşımıza məqsəd qoymuşuq”-deyə, A.İsmiyev açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1581.html