Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Almaniyada jurnalistlər üçün seminar keçiriləcək
07.07.10 19:24

Cari ilin 20 sentyabr 1 oktyabr tarixlərində Laypsiq şəhərində Mərkəzi və Şərqi Avropadan olan jurnalistlər üçün seminar keçirilməsi nəzərdə tutulub. Seminar Almaniyanın Kommunikasiya üzrə Zaksen-Vestfaliya Təşkilatının Bürosunda (SWOK-Sächsisch-Westfälisches Organisationbüro für Kommunikation) Media Təlimi üzrə Zaksen Fondunun təşkilatçılığı ilə keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Seminarın keçirilməsində məqsəd Zaksen əyalətində fəaliyyət göstərən media qurumları və medianın vəziyyəti ilə tanışlıq, mətbuatın fəaliyyətini siyasi, texnoloji və hüquqi aspektləri barədə məlumatlandırma və bu əyalətdə fəaliyyət göstərən radio, televiziya və digər media qurumlarının strukturu və iş metodları ilə əyani tanış olmaqdır. Seminarda iştirak üçün müraciətlər cari ilin 20 avqust tarixinə kimi qəbul olunacaq. Müraciət edən jurnalistlərin yaş həddi 40-ı keçməməli və zəruri alman dili biliklərinə, eləcə də jurnalistika sahəsində təcrübəyə malik olmalıdır. Seminarda iştirak üçün bütün xərclər (gediş-gəliş, yerləşmə və yaşayış xərcləri) təşkilatçı fond tərəfindən ödənilir. Seminarda iştirak etmək istəyən jurnalistlər büroya birbaşa müraciət etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-1579.html