Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq keçirilir
08.07.10 02:23

Bu gün Bakıda, Mərkəzi Seçki Komissiyası və Avropa Şurası Venesiya Komissiyasının təşəbbüsü ilə “Şikayət və müraciətlərə baxılması ilə əlaqədar” seminar-treninq öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MSK-nın katibi Natiq Məmmədov tədbirin iki gün keçiriləcəyini söylədi. Seminar-treninqdə ölkənin 125 seçki dairəsinin hər birindən nümayəndə təmsil olunduğunu diqqətə çatdıran N.Məmmədov onlara ölkədə seçki şikayətlərinə baxılması üsulları və strategiyaları barədə məlumat verdi. N.Məmmədov vurğuladı ki, qurum şikayətlərə baxılması qaydaları ilə bağlı beynəlxalq təşkilatlar və Venesiya Komissiyası ilə daim əməkdaşlıq edir. Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek isə bildirdi ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə səylə çalışmalıyıq. “Seçki prosesi ilə bağlı şikayətlərə qısa müddətdə baxılmalıdır ki, bütövlükdə seçki prosesində ləngimələr baş verməsin. Cəmiyyətin bütün fərdi üzvlərinə azad seçki hüququ verilməlidir. Müstəqil və effektli şikayətlərə baxılma sistemi olmadan buna nail olmaq mümkün deyil. Əhalinin etibarı və inamı böyük əhəmiyyət daşıyır. Şikayətlərə baxılma mexanizmi çox sadə olmalıdır”-deyə, V.Kotek bildirdi. Qeyd edək ki, seminarda Avropa Şurasının ekspertləri Serhi Kalçenko və Dovidas Vitkauskas çıxış edərək Azərbaycanda keçirilən seçkilərdə böyük irəliləyişlərin olduğunu vurğuladılar.
URL / WWW
http://kelam.az/article/a-1578.html