Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu qaydalarını dərc edib
07.07.10 02:22

up/article/img/2010/iyul/5/tehsil-nazirliyi-260208.jpg
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu Qaydalarını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Təhsil Nazirliyinin 796 nömrəli əmri ilə təsdiq edilən qaydalar “Təhsil haqqında” AR Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə bağlı prosedurları müəyyən edir. Qaydalara görə, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinifə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinifinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir. Naxçıvan MR ərazisində uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu “Qaydalar” əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-1575.html