Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyədə terror aktları səngimək bilmir
06.07.10 19:22

Türkiyənin Hakkari və Elazığ bölgəsində PKK terrorçularının törətdiyi terror hadisələri nəticəsində son iki gündə 3 əsgər şəhid olub, 12 əsgər isə yaralanıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 terrorçu məhv edilib. Hakkari vilayətinin Şəmdinli qəsəbəsinin Haruna keçidində terrorçuların əraziyə döşədiyi minanın partlaması nəticəsində 2 əsgər yaralanıb. Yüksəkova qəsəbəsinin Qamışlı kəndi yaxınlığında da hərəkət halında olan təhlükəsizlik qüvvələrinə terrorçular atəş açıb. İki əsgər də bu olayda yaralanıb. Şəmdinli qəsəbəsində terrorçular jandarma məntəqəsinə hücum nəticəsində 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb, 9 terrorçu ölü ələ keçirilib. Elazığ vilayətinin Arıcak qəsəbəsində də təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışmada 3 terrorçunun ölüsü ələ keçirilib. Atışmada 5 əsgər yaralanıb.
URL / WWW
http://kelam.az/article/a-1574.html