Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gün TQDK Qəbul Komissiyaları ilə seminar-məşğələ keçirib
06.07.10 19:22

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları ilə seminar-məşğələ keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov, TQDK-nın regional bölmələrinin əməkdaşları, Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak ediblər.Seminarda qeyd olunub ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılır. Abituriyentlər həmin müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2010) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçir və iş nömrəsi ilə şifr əldə edirlər. İş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi” verilir. Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib.
URL / WWW
http://kelam.az/article/a-1573.html