Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran prezidenti: “Bütün iranlılarda bir azərbaycanlı kökü var”
06.07.10 19:21

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində yeni sənaye kompleksinin açılışına qatılan İran prezidenti Mahmud Əhmədinejad azərbaycanlılardan danışıb. KƏLAMİNFO xəbər verir ki, o, Azərbaycan xalqının hər bir övladının ürəyində İrana eşq coşub-daşdığını bildirib. O, qeyd edib ki, İranın başucalığı uğrunda ən böyük fədakarlıq və canfəşanlığı həmişə azərbaycanlılar ediblər. “Əslində, Azərbaycan qeyrət və qeyrətlilərlə qaynayan bir diyardır. Onların hamısının varlığı ölkənin inkişafına xidmət edir. Azərbaycan bütün sahələrdə ölkədə birinci yeri tutmalıdır, buna da qadirdir. Azərbaycanlılar hara gediblərsə, orada abadlıq, qeyrət və mərdlik mənbəyinə çevriliblər. Qeyrət olmayan yerdə də heç bir zirvə fəth edilməz, inkişaf əldə olunmaz. Bütün zirvələri yalnız Azərbaycanla fəth etmək olar”-deyə, İran prezidenti bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-1572.html