Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib
07.07.10 02:20

Bu gün prezident İlham Əliyev Bakıda, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da var. Dövlət başçısı tədbirdə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-1571.html