Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı ciddi dəyişiklik yoxdur”
06.07.10 03:39

Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı heç bir ciddi dəyişiklik yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu bardə açıqlamanı jurnalistlərlə söhbətində təhsil naziri Misir Mərdanov söyləyib. "Bəzi media qurumları cəmiyyətə səhv məlumat çatdırmaqla ictimaiyyəti çaşdırırlar. Birinci sinifə gedənlərin qəbulunda ciddi yenilik olmayıb. Hər il olduğu kimi, bu il də sentyabrın 15-nə kimi 6 yaşı tamam olan uşaqların məktəblərə qəbulunda heç bir problem yoxdur. Sentyabrın 15-dən oktyabrın sonuna qədər 6 yaşı tamam olan uşaqların qəbulu məktəblərin ixtiyarına verilib",-deyə M.Mərdanov məsələyə aydınlıq gətirib. M.Mərdanov qeyd edib ki, noyabr ayından etibarən 6 yaşı tamam olan uşaqlar müstəsna hallarda, istedadlı uşaqları seçmək üçün nazirlikdə pedaqoq və psixoloqların iştirakı ilə komissiya yaradılıb. Bu halda komissiyanın qərarı ilə o uşaqlar birinci sinifə qəbul olacaqlar.
URL / WWW
http://kelam.az/article/a-1569.html