Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bronislav Komorovski Polşa prezidenti seçildi
06.07.10 02:39

Polşada növbədənkənar prezident seçkilərinin ikinci turu başa çatıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, exit-polls Seymin spikeri Bronislav Komorovskinin cüzi üstünlüklə qalib gəldiyini göstərib. Artıq Yaroslav Kaçinski rəqibini qələbə münasibətilə təbrik edib. Qey edək ki, prezident Lex Kaçinskinin Smolenskdə təyyarə qəzasında həlak olmasından sonra Polşada növbədənkənar seçki təyin olunub. İyunun 20-də keçirilən birinci tur zamanı namizədlərdən heç biri tələb olunan 50 faizdən çox səs toplaya bilməyib. Ən çox səs yığan Komorovski və Kaçinski isə ikinci tura keçib. Exit-polls B.Komorovskinin ikinci turda 51,09 faiz (digər mənbələrə görə 53,1 faiz) səs yığdığını göstərib. Y.Kaçinski isə 48,91 faiz (digər mənbələrə görə 46,9 faiz) səs toplayıb. Rəsmi nəticələr bu gün elan ediləcək. Artıq Y.Kaçinski bəyanatla çıxış edərək məğlub olduğunu etiraf edib və Komorovskini qələbə münasibətilə təbrik edib.
URL / WWW
http://kelam.az/article/a-1568.html