Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İranın mədəniyyət naziri Məhəmməd Hüseyni Azərbaycanda səfərdədir
06.07.10 03:38

Bu gün İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. İki gün davam edəcək səfərdə məqsəd Azərbaycan və İran İslam Respublikası arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və digər məsələlərin müzakirə edilməsidir. Səfər çərçivəsində iranlı nazir bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Sabah isə İranlı musiqiçilər Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1567.html