Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələrlə bağlı ekspertlər səviyyəsində tədbir keçirilib
06.07.10 02:37

Bu gün Qəbələdə Nazirlər Konfransı çərçivəsində Biomüxtəlifliyə Sərmayələr və yaşıl təssərrüfata yardımın artırılması ilə bağlı tədbir öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan tərəfdən çıxış edən ekologiya və təbii sərvətlətr nazirinin müavini Firdovsi Əliyev qonaqlara ölkənin ekosistemindəki biomüxtəliflik üzrə aparılan işlər barədə məlumat verib. O, qeyd edib ki, atıq bu sahədə Azərbaycanda fəaliyyət proqramı da təsdiq edilib. “Planda nəzərdə tutulan bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi və digər bu kimi işlərin aparılmasına ölkəmizdə ciddi surətdə təkan verilib. Hazırda 2011-2020-ci illəri əhatə edəcək bioloji müxtəliflik sahəsi üzrə davamlı tədbirləri nəzərdə tutan geniş strategiyanın yaranması üçün geniş zəmin yaranıb. Azərbaycan Biloji Müxtəliflik Konvensiysasının məqsədlərinə çatmaq istiqamətində ən ciddi addımlar atmış ölkələr siyahısına aiddir. 2002-ci ildə Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri respublikanın ərazisinin 4,5%-ni təşkil etdiyi halda, hazırda bu rəqəm 10,1%-ə çatdırılıb. Respublikada mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin müasir tələblərə uyğun olması və əsas növlərin qorunması təşkil edilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 224 insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Hazırkı beynəlxalq seminarda da hər bir iştirakçı ölkəni maraqlandıran məsələlər üzrə müzakirələr aparılaraq səmərəli nəticələri ehtiva edən qərarlar qəbul ediləcək”-deyə, F.Əliyev açıqlayıb. Tədbirdə Avropa üzrə Proqram Koordinasiyası və Ekosistemlərin idarə edilməsi alt proqramının əlaqələndiricisi xanım İvonna Hiquero bildirdi ki, hazırda Şərqi Avropa və Qafqaz ölkələri mühafizə olunan əraziləri artırmaqdadırlar. Onun sözlərinə görə, bütün dünya üzrə biomüxtəliflik itkiləri azaldılmalıdır. “Bunun üçün bizim kifayət qədər ambisiyalarımız var. Bioloji müxtəlifliyin qorunması üzrə vahid tədbirlər planı işlənib hazırlanmalıdır. Bu sahəyə böyük investisiyalar ayrılmalıdır”-deyə, İ.Hiquero vurğulayıb. Tədbirdə Gürcüstan, Almaniya, Ukrayna, Serbiya, Niderland, Çernoqoriya, Qırğızıstan, Türkmənistan, Rusiya və digər ölkələrlə birlikdə 30-a yaxın dövləti təmsil edən ekspertlər iştirak edirlər. İyulun 7-də tədbirlərin davamı olaraq iştirakçı ölkələrin Nazirlər Konfransı baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-1565.html