Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbul imtahanlarında köçürmə halları xüsusi proqramlar vasitəsilə araşdırılacaq
02.07.10 18:59

Cari tədris ili üçün ali məktəblərə qəbul zamanı imtahanın nəticələri araşdırılarkən xüsusi proqramlar vasitəsilə abituriyentlərin köçürmə halları yoxlanılacaq. Qeyri-qanuni hal baş verdiyi halda imtahanın nəticələri ləğv olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, builki imtahanların təşkili zamanı abituriyentlərin yaş səviyyəsi də nəzərə alınıb “Əvvəlki illərin məzunları nizam-intizama riayət etmirdilər. Builki məzunlara təzyiq göstərir və onların köməyindən istifadə etmək istəyirlər. Çünki adətən, cari ilin məzunları ötən illərin məzunlarına nisbətən daha hazırlıqlı olurlar. Ona görə də uşaqların yerləşdirilməsində bu kimi hallar nəzərə alınıb”,-deyə M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1563.html