Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Magistraturada boş qalmış plan yerləri iyulun 31-də elan olunacaq”
02.07.10 18:58

Magistraturaya qəbul imtahanı nəticəsində kifayət qədər plan yerləri boş qalıb. Bunun üçün də iyulun 31-dən sonra magistraturada boş qalmış plan yerləri elan olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qoyulan şərtlər dəyişməyəcək. “Dövlət sifarişli yerlərə qəbul olunacaq bakalavrların sayı çox azdır. Ümumilikdə isə magistraturaya keçirilən qəbul imtahanlarının nəticələrinə görə bakalavrlar Tibb Universiteti və Bədən Tərbiyəsi və İdman Akademiyasında dövlət sifarişli yerlərə 100% yiyələniblər. Tibb Univeristetində 6, Bədən Tərbiyəsi və İdman Akademiyasında isə 5 plan yerlərinin hamısı tutulub. Müəllimlər İnsitutunda isə heç kim dövlət sifarişli yerlərə qəbul oluna bilməyib. İlk dəfə olaraq özəl ali məktəblərə də dövlət sifarişli yerlər ayrılmışdı. Nəticələr görə, bakalavrlar Qafqaz Universitetində 42%, Xəzər Universitetində 6%, Qərb Univesitetində 8% və, Azərbaycan Univeritetində isə 9% dövlət sifarişli yerlərə sahib olublar”,-deyə TQDK sədri qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-1560.html