Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən avqustun 10-dək aparılacaq
02.07.10 18:58

İyulun 8-dən avqustun 10-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas məktəblərinə sənəd qəbulu aparacaq. KƏLAMİNFO xəbər verir ki bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə aparılacaq. “Hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu qeyd edə bilər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Bu il ilk dəfə olaraq, seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. YQYK-lərin fəaliyyəti Bakı şəhərində Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunacaq. Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent iyulun 26-dən avqustun 5-dək təhsil almaq istədiyi ixtisasa müvafiq YQYK-da qeydiyyatdan keçib seçmə turda iştirak etməlidir”,-deyə TQDK sədri əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1559.html