Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib”
03.07.10 02:58

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı növbəti həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə iyulun 4-də III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanı barədə məlumat verib. TQDK sədrinin sözlərinə görə, imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. “Bunun üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq. Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan, 3129 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16876 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 15732 nəfəri isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1939-cu il, ən gənci isə 1995-ci ildəndir. Bakı şəhərində 27807 abituriyent, Naxçıvanda 1893 abituriyent, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər imtahan binasına buraxılmayacaqlar. Abituriyentlər imtahana gələndə qaydaları bilib gəlsələr onlar üçün daha yaxşı olar. Şəxsiyyət vəsiqələrini, “İmtahana buraxılış vərəqəsini” unudanları imtahana buraxmayacağıq. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək”,-deyə M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1558.html