Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu Qırğızıstana gedir
03.07.10 03:11

Sabah Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qırğızıstana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər müvəqqəti prezidentliyi ölkədə keçirilən referendumda təsdiqlənən Roza Otunbayevanın vəzifəyə başlaması ilə bağlı tədbirdə iştirak etmək məqsədi daşıyır. Səfər çərçivəsində Ə.Davudoğlu Qırğızıstan siyasiləri ilə bir araya gələcək. O, Qırğızıstandakı türk toplumunun təmsilçiləri və Ahıska türkləri ilə də görüşəcək. Türkiyə iyunun 27-də keçirilən referendumda əldə edilən müsbət irəliləyişin oktyabrda keçiriləcək parlament seçkilərinə qədər qorunması üçün səy göstərir. Qeyd edək ki, Türkiyə Qırğızıstana 20 mln. dollar yardım etmək haqda qərar qəbul edib. Diyanət İşləri İdarəsi və Qızılay da Qırğızıstana yardım üçün yeni kampaniya başladıb.
URL / WWW
http://kelam.az/article/a-1556.html