Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Avroviziya-2011” mahnı müsabiqəsinin yarımfinal və final günləri məlum olub
01.07.10 19:12

Almaniya gələn il keçiriləcək “Avroviziya-2011” mahnı müsabiqəsinin ilkin hazırlıqlarına başlayıb. KƏLAMİNFO müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Avroviziya-2011” yarışmasının yarımfinal və final günlərinin tarixi məlum olub. Müsabiqənin ilk yarımfinalları mayın 10-u və 12-də, finalı isə ayın 14-də keçiriləcək. Sentyabr ayında müsabiqənin keçiriləcəyi məkan məlum olacaq. Bu sırada əsas namizədlər kimi ölkə paytaxtı Berlin və Almaniyanın digər şəhərləri -Hamburq, Hannover və Köln göstərilir. Qeyd edək ki, Almaniya bu il “Avroviziya-2010” mahnı müsabiqəsinin qalibi olub. Yarışmada Almaniyanı Lena Mayer-Landrut təmsil edib.
URL / WWW
http://kelam.az/article/a-1555.html