Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Bölgəyə sülhməramlıların yerləşdirilməsi Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz”
01.07.10 19:12

Dağlıq Qarabağda (DQ) sülhməramlı qoşunların yerləşdirilməsi, Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad etmək cəhdinə mane ola bilməz. Çünki prinsip etibarı ilə, Azərbaycan münaqişə zonasında sülhməramlıların yerləşdirilməsinə etiraz etmir, əlbəttə ki, torpaqlar işğaldan azad olduqdan sonra. Bunları KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib.O, qeyd edib ki, son günlər təmas xəttində baş verən hadisələr beynəlxalq birliyi, konkret olaraq Minsk Qrupunun həmsdər dövlətlərini ciddi hərəkətə gətirmək məcburiyyətində buraxıb. “İlk baxışdan son hadisələrdən sonra sülhməramlıların münaqişə bölgəsinə yerləşdirilməsini gündəmə gətirmək Azərbaycanın müharibə bəyanatlarına bir cavabdır. İndiyə kimi Azərbaycan sülhməramlıların bölgəyə yerləşdirilməsini inkar etməyib və prinsip etibarı ilə təklif olunan yenilənmiş Madrid prinsiplərini artıq 6 aydır qəbul edib. Yeri gəlmişkən, bu prinsiplərdə sülhməramlıların yerləşdirilməsi ideyası da var. Sadəcə olaraq prezidentlərin bəyanatında sülhməramlıların yerləşdirilməsinin bir daha hallanması iri dövlətlərin marağından irəli gələn narahatçılıqdır. Yəni, Azərbaycanın son zamanlar münaqişənin həllində müharibə variantını önə çəkməsindən regionda enerji maraqları olan həmsədr dövlətləri müharibənin başlanması ehtimalına çox qayğılıdırlar. Lakin artıq beynəlxalq Konvensiyalar da Azərbaycanın istənilən yolla torpaqlarını azad etməyə şərait yaradıb”,-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1553.html