Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün ABŞ Dövlət katibinin Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb
02.07.10 03:15

Bu gün ABŞ Dövlət katibi Hillari Klintonun Mərkəzi Avropa və Qafqaza səfəri başlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət katibinin ilk dayanacağı ölkə Ukrayna olacaq. O, prezident Viktor Yanukoviç və digər rəsmilərlə danışıqlar aparacaq, ikitərəfli münasibətlər müzakirə ediləcək. Eyni zamanda Ukraynanın zənginləşdirilmiş uranı ərazisindən çıxarmaq üçün götürdüyü öhdəliyin yerinə yetirilməsi də danışıqların müzakirə mövzusu olacaq. H.Klinton 5 günlük səfəri zamanı Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. ABŞ Dövlət katibi Bakıya iyulun 4-də gələcək.
URL / WWW
http://kelam.az/article/a-1550.html