Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “EKO-2010” Gənclər Koalisiyası 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist yazı müsabiqəsini davam etdirir
02.07.10 03:14

“Eko–2010“ Gənclər Koalisiyası “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq növbəti tədbirini “Yaşıl Turizm hədəfimizdir” adı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Eko-2010“ Gənclər Koalisiyasından veriblər. Məqalə müsabiqəsi formatında reallaşacaq tədbirin başlanğıcı 24 iyun 2010-cu ildə tarixdən başlanıb. Müsabiqədə “Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasət”, “Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin rolu”, “Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırır” istiqamətli mövzular yer alıb. Məqalələri hər jurnalist çalışdığı və yaxud da əməkdaşlıq etdiyi mətbuat orqanında çap edə bilər. Məqalənin sonunda “bu məqalə “Eko-2010” Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” sözlər yazılmalıdır. Məqalələr çap olunduqdan sonra Koalisiyaya bu barədə məlumat verilməlidir. Həmçinin məqalələr elektron variantda Koalisiyanın e-mail ünvanına göndərilməlidir. (Əlaqə vasitələri: (050) 518 34 34; (055) 211 34 37; (012) 511 05 54; eko2010@box.az; ekogencler@mail.ru) İyulun 10-da yekunlaşan müsabiqənin qalibləri iyulun 14-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar. Mükafatlardan biri də müsabiqənin qalibi olan jurnalistlər (15 nəfər) üçün “Yaşıl Turizm hədəfimizdir” layihəsi çərçivəsində regionlarımızda fəaliyyət göstərən istirahət guşələrinin birində bir həftəlik Yay Məktəbi nəzərdə tutulub. İstirahət müddətində jurnalsitlər həmin regionda ətraf mühit, ekologiyanın qorunması ilə bağlı aparılan işlərlə əlaqədar yazılar hazırlayacaqlar. Həmin yazılar sonra jurnalistlərin çalışdıqları mətbuat orqanında nəşr olunacaq. Bu da “Yaşıl Turizm hədəfimizdir” layihəsinin ən vacib şərtlərindən biridir. Xatırladaq ki, “EKO -2010 ”Gənclər Koalisiyası 9 may 2010-cu ildə təsis olunub. 2010-cu ilin sonuna qədər proqram layihələri həyata keçirməyi planlaşdıran Koalisiya təsis olunması ilə həm də ölkə prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olub. Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, Qeyri-Hökumət Təşkilatları, Gənclər Təşkilatları, Kütləvi İnformasiya Vasitələri və müvafiq təsir imkanları olan hüquqi və fiziki şəxsləri ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyaları təşkil etməkdir. Koalisiyaya üzvülük açıqdır. Ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçməsində özünü görə bilən hər bir hüquqi və fiziki şəxs koalisiyanın üzvü ola bilər. Koalisiya ilk tədbirini ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr etdiyi “Ruhu Milli varlığımız, Məzarı–And yerimiz” adlı layihə ilə başlayıb. “Eko – 2010“ Gənclər Koalisiyasının həyata keçirdiyi layihələrə “Azərsun” Holdinq, “Mətanət A” Şirkəti və “Millennium Turizm” Şirkəti dəstək göstərir. Qeyd olunan şirkətlər “Eko–2010“ Gənclər Koalisiyasının tam hüquqlu üzvləridir və eyni zamanda tədbirlərinin təşkilatçılarındandır . “Eko–2010“ Gənclər Koalisiyasına AZADİNFORM, Ria-Novosti və SƏS İnformasiya Agentlikləri informasiya dəstəyi verir.
URL / WWW
http://kelam.az/article/a-1549.html