Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yaxın günlərdə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi” əldə edə biləcəklər
01.07.10 03:02

Yaxın günlərdə ali məktəblərə qəbulla bağlı I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) internet saytında yerləşdiriləcək. Hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın unternet saytından çap edə biləcəklər. Cari ildə attestat alan abituriyentlər “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına (Sənəd Qəbulu Komissiyalarının siyahısı əlavə edilir) təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.
URL / WWW
http://kelam.az/article/a-1547.html