Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-nun tələbəsi “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasının qalibi olub
30.06.10 21:01

Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər. BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın KƏLAMİNFO-ya veridiyi məlumata görə, olimpiadada universitetin tələbələri ilə yanaşı, Xəzər və Bakı İslam universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar adlı məktəbin tələbələri də iştirak ediblər. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, Novruz adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb. Müsabiqənin qalibi isə Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Həzrətəli Məmmədov olub. 2-ci yeri də BDU və digər universitetlərin tələbələri bölüşüblər. Müsabiqənin 17 nəfər qalibi 1 ay müddətində İranda olacaq, fars dili və ədəbiyyatını daha dərindən təkmilləşdirəcəklər. Qeyd edək ki, olimpiadanın münsiflər heyətində dosentlər - Tofiq Cahangirov, Əsmət Məmmədova, professor Təhminə Rüstəmova, Cavanşir Məmmədzadə və Aygün Əlizadə iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1543.html