Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub
30.06.10 21:00

Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub. KƏLAMİNFO xəbər verir ki, DİA-nın rektoru Seyfəddin Qəndilov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının təhsillə bağlı imzaladığı bir sıra sənədlərin əhəmiyyətini diqqətə çatdıran S.Qəndilov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, akademiyada qazanılan uğurlardan bəhs edib, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini söyləyib. S.Qəndilov əlavə edib ki, DİA-nın ənənələrinə sadiq qalan tələbələr bilik və bacarıqları ilə dövlət idarəçiliyinə öz töhfələrini verəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1541.html