Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hillari Klintonun köməkçisi: “Prezidentlərin bəyanatındakı elementlər Dövlət Katibinin səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək”
01.07.10 02:05

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə prezidentlərinin müştərək bəyanatında qeyd olunan elementlər ABŞ Dövlət Katibi Hillari Klintonun səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək. KƏLAMİNFO xəbər verir ki, bunları ABŞ Dövlət Katibinin köməkçisi Filip Qordon Dövlət katibinin qarşıdakı səfərinə dair təşkil edilmiş xüsusi brifinqdə deyib. Onun sözlərinə görə, prezidentlər tərəflər arasında bu vaxta qədər müşahidə olunan tərəqqini və müzakirələrə bələdçilik edən və prinsipləri qeyd edib. “ABŞ o prinsiplərə etibar edir və tərəflərlə işləmək qərarına gəlir. Böyük səkkizlik liderləri ötən il L’Aquilada olduğu kimi, ATƏT Minsk Qrupunun bu prosesə yüksək səviyyədə hazır olması və bizim bu məsələnin həllində tərəqqini görməyə dair arzumuzu nümayiş etdirərək bəyanat qəbul ediblər. Əlbəttə, istənilən yerdə baş verən zorakılığın ABŞ-a aidiyyatı var. Güc tətbiq edilməsi və ixtilaflar olan zaman heç kəs stabilliyi öhdəçilik kimi götürə bilməz və bu bizim ATƏT-in Minsk Qrupu prosesinin irəliləyişində və diplomatiyada nə üçün maraqlı olduğumuzu göstərir. Dövlət Katibinin əsas məqsədlərindən biri də bu prosesin irəliləməsi yollarına dair hər iki tərəflərlə danışıqlar aparmaqdan ibarətdir”-deyə, ABŞ Dövlət Katibinin köməkçisi vurğulayıb
URL / WWW
http://kelam.az/article/a-1540.html