Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi keçirəcək
29.10.09 20:58

Kaspi Təhsil Mərkəzi noyabrın 7-də Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kaspi Təhsil Mərkəzindən veriblər. “Landmark” otelində keçiriləcək sərgiyə giriş pulsuz olacaq. Bir sıra yerli təşkilatların da yer alacağı sərgidə dünyanın nüfuzlu universitetləri iştirak edəcək. Bunların arasında Qlazqo, University of East Anglia (Böyük Britaniya), Glion Institute of Higher Education (İsvecrə) universitetləri, Study Group (UK, Australia, USA, Canada) və Kendall College (ABŞ) İNTO (Böyük Britaniya) təhsil müəssisələri var. Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi öz tələbələrinə dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları üçün imkan yaradır.
URL / WWW
http://kelam.az/article/a-154.html