Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cari tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir
01.07.10 03:04

Sabah Azərbaycan Dillər Universitetində (ADU) “Məzun Günü” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova verib. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. “Məzun günü”ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcək. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək. Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur.
URL / WWW
http://kelam.az/article/a-1539.html