Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin bəyanatı Azərbaycanı tamamilə qane edir”
01.07.10 03:03

ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı Azərbaycanı tamamilə qane edir. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənovun sözlərinə görə, bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul edirlər. “Bəyanatda işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması tələbi yer alır. Həmsədr ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iradəsi ortaya qoyulur”-deyə, Ə.Həsənov vurğulayıb. Xatırladaq ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin “böyük səkkizlər”in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır. Bəyanatda bildirilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.
URL / WWW
http://kelam.az/article/a-1535.html