Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQDK-nin sədri Hidayət Orucov Astanada ATƏT-in yüksək səviyyəli konfransında iştirak edir
30.06.10 03:56

Bu gün Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı öz işinə başlayıb. Konfransda ATƏT-in üzvü olan 56 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev çıxış edərək tolerantlıq və ayrı-seçkilik məsələləri ilə əlaqədar konfransın keçirilməsinin yüksək əhəmiyyət daşıdığını qeyd edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirakçıları salamlayıb, dözümlülüyün Qazaxıstan modeli haqqında danışıb. Onun sözlərinə görə, ölkədə yaşayan xalqları və konfessiyaları birləşdirən Qazaxıstan Xalqları Assambleyası neçə illərdir uğurla fəaliyyət göstərir və sabitliyin qorunmasına öz töhfəsini verir. Sonra BMT-nin Sivilizasiyaların Alyansı üzrə nümayəndəsi Jorje Sampayo, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, ATƏT-in milli azlıqlar üzrə ali komissarı Knut Vollebek, Türkiyənin dövlət naziri Mehmet Aydın və başqaları çıxışlarında dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi probleminə öz münasibətlərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-1532.html