Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiya regionda öz imperiya iddialarını dəstəkələyə bilirmi?
30.06.10 03:20

Rəsmi Moskva Qırğızıstanla bağlı imperiya iddialarının ardınca gedə bilmədi. Artıq sirr deyil ki, Kurmanbek Bakiyevi həm ABŞ-a, həm də Rusiyaya oynadığı üçün rəsmi Moskva devirdi. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, qərb politoloqları bu fikirdədir. K.Bakiyev ötən il Rusiyadan 2 mlrd. dollar kredit almaq müqabilində amerikalıları Manasdan çıxarmağı Moskvaya söz vermişdi. Lakin krediti alandan sonra K.Bakiyev amerikalılardan daha artıq icarə haqqı alaraq müqaviləni uzatdı. Politoloqların fikirincə, elə bu rəsmi Moskvanı çox məyus etdi. “Qırğızıstandakı son toqquşmaların, özbək-qırğız qırğınının qarşısını almaq üçün elə Moskvanın bu ölkədə gətirdiyi hakimiyyət Rusiyadan, MDB-nin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından sülhməramlılarını göndərməyi istəyəndə, ruslar yardım etmədilər. Çünki bu təşkilat ancaq kağız üzərində nəyəsə yarayır. Yeganə hərbi qüvvəsi olan üzv elə Rusiyadır. Rusiyanın ordusu isə başıpozuq çağırışçılardan və təcrübəsiz zabitlərdən ibarətdir.Üstəlik, Rusiyanın özündə orta asiyalılara qarşı münasibət o qədər pisdir ki, rus əsgərinin Orta Asiyada aqibətinin elə Əfqanıstandakı kimi olması ehtimalı böyük idi. Ümumiyyətlə, Rusiya regionda öz imperiya iddialarını artıq dəstəkələyə bilmir”-deyə, qərbli politoloqlar belə düşünür.
URL / WWW
http://kelam.az/article/a-1530.html