Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq M.Əhmədoğlu: “Ermənistan prezidenti xalqı müharibə xofu ilə qorxudur”
29.06.10 17:19

Ermənistan prezidenti və onun komandasının Azərbaycanın müharibə məsələsini ortaya atmaqla əsas məqsədi erməni ictimaiyyətinə ciddi təsir etməkdir. Yəni, erməni xalqı müharibədən qorxsun və Serj Sarkisyan münaqişənin dinc yolla həlli üçün ona olan təzyiqlərə real cavab verə bilsin. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.Politoloqun fikirincə, artıq Ermənistanın bu qədər gücü çatmaz ki, dünyanın üç böyük dövlətinin hazırladığı sənədə açıq şəkildə cavabsız qalsın və yaxud da yox desin. Onun sözləinə görə, bunun üçün də Ermənistan hakimiyyəti xalqı Azərbaycan tərəfdən olacaq müharibə təhlükəsi ilə qorxudur. “Əgər ABŞ, Rusiya və Fransanın hazırladığı sənədə Ermənistan yox deyərsə, nəinki tək Ermənistan, bütün dünya erməniləri bu üç dövlətin qarşısında cavab verməli olacaq. S.Sarkisyan bunu başa düşür və buna görə də artıq müəyyən güzəşt adımları atmaq məcburiyyətindədir. O, erməni xalqını dolayısı ilə inandırmağa çalışır ki, güzəştə getməsək ABŞ və Rusiya Azərbaycanla müharibəni razılaşdırıblar və Azərbaycan da artıq müharibə ərəfəsindədir. İyunun 18-i olan insident də bizə xəbərdarlıqdır. İstər xaricdəki erməni təşkilatları, istərsə də Ermənistanın hakim dairələrinin son günlər müharibə təşvişi məhz bununla bağlıdır. Hətta cəbhə bölgəsindəki son insidentin ABŞ dövlət katibinin Azərbaycana səfər öncəsi olması və burada Rusiya “barmağı”nın gəzməsini bəyan etməklə də erməni iqtidarının mətbuatı bu məqsədi güdür”-deyə, politoloq izah edib.
URL / WWW
http://kelam.az/article/a-1528.html