Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil olunub
30.06.10 03:19

“İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birgə ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Leypsiq!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ” İctimai Birliyindən veriblər. 1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunub. Gecənin təşkil olunmasında “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyinə Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək gostəriblər. Tədbiri Azərbaycanın Almaniyadakı səfirliyinin Birinci Katibi Fikrət Axundov açıb. F.Axundov Azərbaycanın keçdiyi inkişaf yolları, Azərbaycan-Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib. Almaniyada yaşayan Azərbaycanlıarın Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova Azərbaycanın çoxəsrlik tarixə malik mədəniyyəti, zəngin təbiəti və turizmin inkişafı barədə məlumat verib. Rəsmi hissədən sonra gecənin iştirakçılarına Azərbaycan haqqında film təqdim olunub və tədbirin fəxri qonağı, Amerika Muğam Cəmiyyətinin sədri Cefriy Verbok Azərbaycan musiqisi, xüsusilə də muğam haqqında təqdimat edib.
URL / WWW
http://kelam.az/article/a-1527.html