Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər iyulun əvvəlində Azərbaycana gələcək
30.06.10 03:18

Gələn ayın əvvəli ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. İ.Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada “Böyük səkkizliyin” sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. O, qeyd edib ki, Minsk Qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcək. Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən “Böyük səkkizliyin” zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb.
URL / WWW
http://kelam.az/article/a-1526.html