Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclis “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklə bağlı məsələyə aydınlıq gətirdi
25.06.10 19:41

Milli Məclis son vaxtlar bəzi KİV-lərdə “Yol hərəkəti haqqında” AR Qanununa və AR “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanuna istinad edilərkən yanlışlıqlara yol verilməsi ilə bağlı açıqlama yayıb. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, qanunda nəzərdə tutulmadığı halda bəzi KİV-lər qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir. Belə bir hal qanunda nəzərdə tutulmayıb. Əslində “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Milli Məclisin 2010-cu il iyunun 22-də qəbul etdiyi qanun ilə “Yol hərəkəti haqqında” Qanunun “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı”nı əks etdirən 1 saylı Əlavəsinin VII bölməsinin 3-cü bəndinə aid Qeydin üçüncü cümləsində dəyişikliklər edilib. Dəyişikliklərdən sonra həmin cümlə bu cür səslənir: “Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.” Nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırılır ki, cümlədəki “arxa şüşələrinə” sözləri minik avtomobilinin yalnız arxa şüşəsini ifadə edir. Burada yan şüşələrdən söhbət getmir.
URL / WWW
http://kelam.az/article/a-1523.html