Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT-in Bakı ofisi parlament seçkilərinə həsr olunan tədbir keçirib
26.06.10 03:41

Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə quruma üzv ölkələrin Bakıda akkreditə olunan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə parlament seçkilərinə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında böyük rol oynayacaq. O, qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı təmsil etdiyi qurum seçki komissiyalarının tərkibini, azad toplaşma ilə bağlı vəziyyəti və seçkilərin, o cümlədən namizədlərin kütləvi informasiya vasitələrində geniş təbliğ olunması ilə bağlı olan məsələri diqqətdə saxlayır. Hazırda Azərbaycan höküməti ilə demokratik seçkinin keçirilməsi ilə bağlı intensiv dialoqun aparıldığını xatırladan Ə.B.Cankorel intensiv dialoqun davam etdirildiiyni söyləyib. O, həmçinin bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb və nəticədə ATƏT-in Bakı ofisi ilə birlikdə işçi qrupu yaratmağa qərar verilib. “Həmin işçi qrupu müəyyən anlaşılmazlıqların və problematik məsələlərin dialoq yolu ilə həllində öz məsləhətlərini verəcək”,-deyən səfir Seçki Məcəlləsinə edilən son dəyişikliklərə də toxunub, namizədlərə həm milli, həm də regional kanallarda öz təbliğatlarını aparmaq üçün imkan yaradılmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, sonra görüş jurnalistlər üçün qapalı davam etdirilib.
URL / WWW
http://kelam.az/article/a-1521.html