Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb
25.06.10 19:41

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransı giriş sözü ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov və Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu açıblar. Tədbirdə Azərbaycanda mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişafı, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislər, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-1520.html