Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və turizm naziri Ə.Qarayev İran prezidentinin müşaviri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
28.10.09 22:02

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikası (İR) Prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş zamanı nazir Ə.Qarayev bildirib ki, Azərbaycan İranla mədəni sahədə də əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Nazir qeyd edib ki, M.Müstafəvinin səfəri çərçivəsində baş tutacaq sərginin açılışı da bu sahədə xüsusi əhəmiyyətə malik olacaq. Ə.Qarayev İranın bu tərkibdə nümayəndə heyəti ilə ikinci görüşü olduğunu nəzərə çatdırıb. «Bu dəfəki səfər zamanı Tehranda Azərbaycan mədəniyyəti günləri keçirilməsi ilə əlaqədar qərarlar qəbul olunacaq. Indiyədək iki ölkə arasında mədəni sahədə bir sıra imzalanmış sənədlər mövcuddur. Növbəti 2 il üçün də birlikdə tədbirlər planı tutulacaq. Tədbirlər planından bir çox müsbət təkliflərin meydana gələcəyini gözləyirik. Həmçinin yaxın müddətdə qarşılıqlı olaraq hər iki ölkənin bir-neçə tursit şirkətləri və mətbuat nümayəndələrinin iştirakı ilə bir həftəlik səfərlərin təşkil olunmasını təklif edirik. Nümayəndə heyətinin bu səfəri zamanı razılaşdırılmış qərarlar kağız üzərinə köçürüldükdən sonra hər iki ölkənin Xarici İşlər Nazirlikləri vasitəsilə təsdiqini tapacaq”,-deyə, Ə.Qarayev vurğulayıb. İran nümayəndə heyətinin başçısı M.Müstafəvi isə öz növbəsində səfərin olduqca məhsuldar keçdiyini və ölkəmizin bir sıra yüksək çinli məmurları ilə görüşdüyünü bildirib. M.Müstafəvi qeyd edib ki, İran mədəni sahələrdə də Azərbaycanla əlaqələrə üstünlük verir. Buna misal olaraq hər iki ölkə arasında mədəni və iqtisadi sahədə fəaliyyət göstərən komissiyadan bəhs edən qonaq belə əlaqələrdən daha yüksək nəticə gözlədiklərini söyləyib. Onun sözlərinə görə, tarixi yaxınlığı nəzərə alaraq qədim kitablar və əlyazmalar sahəsində İranın Azərbaycanla əməkdaşlığı zəruridir. Qonaq sonda Ə.Qarayevə İrandan gətirdiyi hədiyyələri təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-152.html