Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərin magistraturasına qəbulla bağlı bakalavrların ixtisaslaşma seçimi başa çatır
25.06.10 19:41

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə bildirib ki, bu gün günün sonunda ali məktəblərin magistraturasına keçirilmiş imtahanın nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi başa çatır. M.Abbasazdə qeyd edib ki, hazırda 4453 nəfər bakalavr ixtisaslaşma seçimi edib. “Ümumilikdə imtahanın nəticələrinə uyğun olaraq 5238 bakalavr müsabiqəyə buraxılıb. Lakin nəzərə alsaq ki, günün sonuna qədər kifayət qədər vaxt var, ixtisaslaşma seçimi edən bakalavrların sayında da dəyişiklik olacaq. Magistraturaya qəbul imtahanın ikinci mərhələsi ilə bağlı müraciətlərə isə 23-25 iyun tarixində TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında baxılır”-deyə, TQDk sədri vurğulayıb. M.Abbaszadə onu da bildirib ki, sabah magistrlərin ali məktəblərə yerləşdirilməsinə başlanacaq. “İyunun 27-də günün II yarısında isə yerləşdirmənin nəticələri elan ediləcək”-deyə, M.Abbaszadə əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1518.html