Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Bu gündən III qrup üzrə abituriyentlər imtahana buraxılış vərəqələrini əldə etməyə başlayacaqlar”
25.06.10 19:41

Cari il iyulun 4-də ali məktəblərə qəbulla bağlı III qrup üzrə imtahan keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu gündən etibarən abituriyentlər imtahana buraxılış vərəqələrini TQDK-nın rəsmi internet portalı vasitəsilə əldə edə biləcəklər. “İmtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi çox vacibdir. Buna görə də, orta məktəbin cari ilki məzunları iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər”-deyə, TQDK sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1517.html