Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Ali məktəblərə imtahansız qəbul olmaq üçün müraciət edən çempionların diplomları yoxlanılacaq”
26.06.10 03:41

Cari tədris ili üçün ali məktəblərə imtahansız qəbul olunmaq üçün indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu və musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. TQDK-nın araşdırmalarında idmançıların komissiyaya təqdim etdiyi diplomların surətlərində göstərilən yarışların beynəlxalq əhəmiyyətli hesab edilib-edilməyəcəyi yoxlanılacaq. “Ona görə də həmin idmançıların iştirak etdiyi yarışların siyahısı Gənclər və İdman Nazirliyinə göndəriləcək. Onların sənədlərinə idman sahəsi üzrə mütəxəssislər rəy verəcək. Sənədləri müsbət qəbul edilənlər ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək. Ali məktəblərə müsabiqədənkənar yerləşdirmə üçün iyunun 1-dən başlayan sənəd qəbulu sabah axşam yekunlaşacaq. Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayanadək, idmançılara isə IV qrup üzrə imtahanlar başlayanadək cavab veriləcək”-deyə, TQDK sədri vurğulayıb.M.Abbaszadə onu da əlavə edib ki, ali məktəblərə imtahansız qəbul olmaq üçün indiyədək heç bir dünya fənn olimpiadası qalibi müraciət etməyib.
URL / WWW
http://kelam.az/article/a-1516.html