Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ə.Qarayev: “Azərbaycanın turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub”
25.06.10 19:41

Cari il Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu məqsədlə yaradılan monitorinq qrupu ötən həftə Xaçmaz, Quba rayonlarında olub və orada fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyəti ilə tanış olub. Bu zaman yerli icra hakimiyyətlərinə bəzi iradlar bildirilib və hazırda həmin nöqsanlar aradan qaldırılmaqdadır. Nazir bildirib ki, bu kimi müəssisələrin çoxluğu rəqabət artımı ilə nəticələnir ki, bu da qiymətlərin formalaşmasına müsbət təsir göstərəcək. Ə.Qarayev bu gün Türkiyə ilə Azərbaycan qiymətlərininin müqayisə edilməz olduğunu bildirib. O, qeyd edib ki, Türkiyənin turist bazarı tamamilə başqadır. Orada milyonlarla turist qəbul etmək imkanı olan müəssisələr mövcuddur. Türkiyədə turizm sənayesinin son 30 il müddətində çox böyük sürətlə inkişaf etdiyini deyən nazir gələcək 15-20 ilə Türkiyənin səviyyəsinə çatmaq arzusunda olduqlarını vurğulayıb. “Azərbaycanın daxili turizminin inkişafı artıq normal qaydaya düşməkdədir. Üç ay müddətində nəzərdən keçirdiyimiz rəqəmlər onu göstərir ki, bizim templərimiz aşağı düşmür, stabil olaraq qalır”,-deyə Ə.Qarayev əlavə edib. Nazir eyni zamanda turizmin inkişafında infrastruktur layihələrinin böyük rolu olduğunu vurğulayıb. Xaçmaz və Şamaxı istiqamətində yolların tamamlanması nəticəsində keçən ilə nisbətən bu il turistlərin sayının çoxaldığını vurğulayan nazir əsas məqsədin Azərbaycanda turizm infrastrukturunun inkişafı, uzun müddətliyinin təmin olunması və xüsusi turist zonalarının formalaşdırılmasından ibarət olduğunu əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1515.html