Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək
25.06.10 19:39

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək. Mərkəzin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda Vaşinqton Universitetinin Siyasi İqtisad Mərkəzinin direktoru, professor Norman Skofild, Esseks Universitetinin İqtisadiyyat kafedrasının professoru Laurens Ezrou və Vilfrid Laurier Universitetinin Dövlət Qquruculuğu kafedrasının professoru Maria Qalleqo tərəfindən aparılmış tədqiqatların təqdimatı keçiriləcək. Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan və adları yuxarıda çəkilən amerikalı alimlər əsas məruzəçilər qismində çıxış edəcəklər. Qeyd edək ki, professor Norman Skofild “Siyasi liderlərə siyasi dəstək: ABŞ, Türkiyə və Polşa”, professor Laurens Ezrou “Vətəndaşlar və siyasi partiyalar: Seçki sistemlərinin siyasi təmsilçilikdə əhəmiyyəti”, professor Maria Qalleqo isə “Hollandiya, Kanada və Böyük Britaniyada seçkilərin modelləşdirilməsi” mövzularında təqdimatlar edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1514.html