Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ötən il Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 40 otel qapadılıb
26.06.10 03:39

Bu günə qədər Azərbaycanda fəaliyyət göstərən 70-ə qədər otel ulduz dərəcəsini müəyyənləşdirərək əldə edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Ə.Qarayevin sözlərinə görə, ölkə mehmanxanalarının lisenziyalaşdırma prosesi davam edir. Dünən daha üç otel lisenziya əldə edib. Nazir lisenziyalaşdırmanın qanunvericiliyə uyğun olaraq məcburi olduğunu deyib. “Bu qaydalara və tələblərə riayət edə bilməyən otellər nəyə qadir olduqlarının bildiklərinə görə bizə müraciət etmirlər. Ötən il 40-a qədər otel lisenziyasız fəaliyyət göstərdiyi üçün qapadılıb”,-deyən Ə.Qarayev otellərin lisenziyalaşdırılması prosesinin dayandırılmayacağını bəyan edib. Nazir öz işini düzgün qurmayan və xidmətləri düzgün təqdim etməyən şirkətlərin odduğunu və onların nəzarətdə saxlanıldığını bildirib. Ə.Qarayev həmçinin qeyd edib ki, iyulun 13-də Turizm İnstitutunun ilk buraxılışı olacaq. O, bunun yerlərdə peşəkarlığın səviyyəsinə müəyyən qədər təsir edəcəyinə ümidvar olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1513.html