Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB Silahlı Qüvvələr Günü münasibətilə elmi konfrans keçirib
25.06.10 17:34

Gənc Vətənpərvərlər Birliyi (GVB) 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Güclü Azərbaycan Ordusu ölkədə həyata keçirilən dövlət quruculuğunun ən böyük uğurlarından biridir” mövzusunda elmi konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqiçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən GVB-nin sədri, Fəxri bədən tərbiyəsi və idman işcisi Müqamət Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı toplantı iştirakçılarına məlumat verib. M.Əliyev bildirib ki, ölkədə bütün sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti ordu quruculuğu prosesindən də yan keçməyib. GVB-nin sədri qeyd edib ki, ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsinə çatdırılması üçün bir sıra uğurlu işlər görülür. M.Əliyev bildirib ki, Azərbaycanda ordu quruculuğu işinə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtmasından sonra start verilib. O, hazırda bu işin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu vurğulayıb. Tədbirdə çıxış edənlər Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesindən danışıblar. Qeyd edək ki, tədbirdə qərara alınıb ki, bu cür tədbirlərin iyunun 27-dək Gəncə və Şəmkir şəhərlərində də təşkil olunsun.
URL / WWW
http://kelam.az/article/a-1512.html