Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans təşkil olunacaq
25.06.10 17:34

Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. İki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda təşkil olunacaq. Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər.Qeyd edək ki, konfransın Bakıda keçirilməsinə razılıq əldə etmək Fizika İnstitutunun alimlərinin böyük zəhməti nəticəsində başa gəlib. Tədbirdə iştirak etmək üçün Bakıya Rusiya, Yaponiya, Almaniya, Fransa, Avstriya, ABŞ, İsveç, İspaniya və bir çox digər ölkədən tanınmış fiziklər gələcəklər. Konfransda üçqat və daha mürəkkəb yarımkeçirici birləşmələrlə bağlı, eləcə də fizika, kimya, materialşünaslıq, maşınqayırma və digər istiqamətləri əhatə edən mövzular müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1511.html