Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » B.Muradova Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub
26.06.10 03:34

Milli Məclis sədrinin müavini Bahar Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub. KƏLAMİNFO xəbər verir ki, B.Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, hazırda ölkə başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Vitse-spiker əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Tədbirdə iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Tədbir konsert proqramı ilə davam edib. Sonra ön xəttə gedən Milli Məclis sədrinin müavini səngərdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə yaxından tanış olub.
URL / WWW
http://kelam.az/article/a-1510.html