Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti AMEA-nın Əlyazmalar İnstitutunda olub
26.06.10 03:34

Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi Vatikanın Qafqaz üzrə nümayəndəsi ilə birlikdə AMEA-nın Əlyazmalar İnstitutunda olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Qonaqlar institutun fəaliyyəti, eləcə də burada saxlanılan Azərbaycan yazılı abidələri və onların mühafizə şəraiti ilə tanış olublar. Qonaqlar bildiriblər ki, onlar Vatikan Apostol Kitabxanası ilə AMEA Əlyazmalar İnstitutu arasında əlaqələrin yaradılmasında maraqlıdırlar. Görüşdə qonaqlara Vatikanda mühafizə edilən Azərbaycan əlyazmaları barədə məlumat verilib, onların surətlərinin əldə edilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-1509.html